"Azərbaycan və Ermənistanın dünən verdiyi birgə bəyanat dayanıqlı sülhə gedən yolda ehtiyac duyulan müsbət addımdır".
Ednews xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani "X" hesabında bildirib.
O, qeyd edib ki, ATƏT davamlı dialoq üçün platforma kimi və sazişlərin icrası üzrə tərəfdaş kimi kömək etməyə hazırdır.