Qərb dövlətləri və Uzaq Şərq regionunda Çin, Şimali Koreya və Tayvan kimi dövlətlərin müdafiə sənayesinə maliyyə axınını artırması dünyada hərbi sahəyə ayrılan xərclərin həcmini geniş miqyasda artmasına əbəb olub.
Ednews euronews-a xəbər verir ki, Polşanın hərbi xərcləri 2014-cü ildəki büdcənin iki qatı olub. Avropada 2022-ci ilə nisbətən 2023-cü ildə müdafiə büdcəsi 16% artıb.
Statistikaya görə, bu göstəricilər Avropada Soyuq Müharibədənin son ilinin müdafiə xərclərindən çox olub. Stoklolm Beynəlxalq Sülh Araşdırma Mərkəzinin verdiyi statistikaya əsasən, 2023-cü ildə 552 milyard dollar dəyərində hərbi xərcləmələr olub.
Xəbərdə qeyd edilir ki, hərbi xərclərin əsas artırılma səbəbi kimi 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi göstərilib.
Qeyd edək ki, 2023-cü ildə Böyük Britaniya Avropada ən çox müdafiə xərcləri çəkən ölkə olub.
Fərid