Dünyanın nüfuzlu "Əl-Cəzirə"kanalı ANAMA-nın Zəngilandakı mina konfransını canlı yayımlayır.
Ednews xəbər verir ki, Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.
Qeyd edək ki, bu il mayın 30-31-də keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması”dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutacaq.
Canlı yayımı təqdim edirik: