“Azərbaycan hökümətinə burada keçirilən tədbirə dəvət üçün təşəkkür etmək istəyirəm. Artıq ikinci dəfədir ki, bu kimi bir tədbirə qatılıram. Biz də Azərbaycanın çəkdiyi əziyyəti çəkmişik.”
Ednews xəbər verir ki, bu fikirləri Anqolanın Milli Mina Əməliyyatının sədri İzabel Massela “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib:
“Bildiyiniz kimi, Anqolada da minalar yerləşdirilmişdi. Bizim ölkəmizdəki minaların nə xəritəsi, nə də eskizi var idi. Buna görə də biz minaların aşkar edilməsi üçün köhnə, yəni təcrübədən keçmiş üsullardan istifadə edirik. Minaların torpağı və ətraf mühiti çirkləndirməməsindən əmin olmaq üçün minalanmış ərazilərdə xüsusilə ehtiyatlı olmalıyıq.
Daha öncə də dediyim kimi, Azərbaycan kimi biz də öz ölkəmizdə mina problemi ilə üzləşmişik və bu məsələdə təcrübəliyik.”
Fərid Axund