Xəbər verdiyimiz kimi, dünən Nikol Paşinyan komandası, hökumət nümayəndələri, deputatlarla birgə Naxçıvanla sərhəddə yerləşən Ararat bölgəsinə gedib, müxtəlif icmaları gəzib, amma nə qədər qəribə olsa da, erməni işğalında olan Kərki kəndinə (ermənilər adını Tiqranaşen qoyub - red.) getməyib.
Ednews xəbər verir ki, bu fikirlər "hraparak.am" saytında yer alıb.
Mənbə xatırladır ki, həmin “anklav”ın Azərbaycana verilməsi ilə bağlı məsələ son vaxtlar Ermənistanda ictimai müzakirələrin mərkəzində olub.
Nəşr yazır ki, bu fakt Paşinyanın komandasında da narahatlıq yaradıb, çünki baş nazir Kərkinin yaxınlığında yerləşən Sevakavana çatıb, lakin ordan Kərkiyə dönməyib.