Rusiya Prezidenti Vladimir Putin Rusiya–ASEAN sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
EDnews xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bu ölkədə iki günlük səfərdədir.
Görüş Q. Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında baş tutub.
Qeyd edək ki, daha əvvəl həmin məkanda Rusiya–ASEAN sammitinin iştirakçısı olan nümayəndə heyətləri rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib.







