Oman Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
EDnews xəbər verir ki, təbrik məktubu Azərbaycanın Müstəqillik Günü münasibətilə göndərilib.
Heytəm bin Tariq Al Səid məktubunda Prezident İlham Əliyevə səmimi təbriklərini çatdırıb, Azərbaycan xalqına rifah və tərəqqi arzularını ifadə edib.
Qeyd edək ki, 28 May Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur.







