Rusiya Kanadanın son dövrdə genişləndirdiyi sanksiyalara cavab olaraq bir qrup Kanada vətəndaşına qarşı məhdudiyyət tətbiq edib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, aralarında senatorlar, deputatlar və hökumət rəsmilərinin də olduğu 103 Kanada vətəndaşının Rusiyaya girişi qadağan edilib.
Moskva bu addımın Kanadanın Rusiyaya qarşı sanksiya siyasətinə cavab olaraq atıldığını bildirib.







