Rusiya Gümrüdə sovet memorialı ilə bağlı baş verən insidentə görə Ermənistana etiraz notası təqdim edib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, Rusiya tərəfi baş verən hadisədən narahatlığını ifadə edib və İrəvandan operativ reaksiya gözləyir.
Memorialın təhqir olunması ilə bağlı insidentin detalları isə açıqlamada dəqiqləşdirilməyib.
Moskvada bildirilib ki, bu cür hallar mənfi reaksiya doğurur və Ermənistan hakimiyyəti tərəfindən hərtərəfli araşdırılmalıdır.







