Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, ilkin məlumata görə, göl ətrafında hərəkətdə olan 90-TP-072 dövlət nömrə nişanlı avtomobil motosikletlə toqquşub.
Hadisə nəticəsində motosikletə ziyan dəyib. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisənin səbəbləri araşdırılır.







