Fransada anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
EDnews xəbər verir ki, ölkədə temperaturun yüksəlməsi səbəbindən 26 vilayət üçün narıncı həyəcan səviyyəsi elan olunub.
Rəsmilər isti hava dalğasının əhali üçün risk yarada biləcəyini bildirərək vətəndaşları ehtiyatlı olmağa çağırıblar.
Xəbərdarlıqda, həmçinin yüksək temperatur və quraqlıq səbəbindən meşə yanğınlarının baş verə biləcəyi qeyd olunub.

.jpg)





