Özbəkistan və Türkiyə: Tarixi əlaqələrin müasir siyasətdə rolu - NİCAT MƏDƏTLİ

Özbəkistan və Türkiyə: Tarixi əlaqələrin müasir siyasətdə rolu - <span class="text-danger">NİCAT MƏDƏTLİ</span>

Osmanlı İmperiyası üçün 19-cu əsrdə Mərkəzi Asiyadakı türk xanlıqları ilə mədəni və dini əlaqələr qurmaq xüsusi əhəmiyyət kəsb edirdi. Şimalda Rusiya Çarlığının güclənməsi və işğalçı siyasətləri Osmanlı İmperiyasını güc balansını təmin etmək üçün müttəfiqlər axtarmağa vadar edirdi. Ərazisi və iqtisadiyyatı etibarilə digər türk dövlətlərindən kəskin şəkildə fərqləndiyindən, bu məqsədi həyata keçirmək gücünü özündə görürdü. 

İndiki Özbəkistan, Türkmənistan və qismən də Qazaxıstan ərazisində mövcud olan Xivə, Kokand və Buxara xanlıqları ilə Osmanlı İmperiyasının yüksək səviyyəli əlaqələrə malik olması Rusiya Çarlığının işğalçı siyasətini dayandıra bilərdi. Məhz bu məqsədlə, xüsusilə mədəni və dini əlaqələrin inkişafına Osmanlı sultanları xüsusi diqqət göstərirdilər. Bunun əsas səbəbi isə Osmanlı sultanının eyni zamanda xəlifə titulunu daşıması idi. Hətta Osmanlı İmperiyası bu addımları “İslam Birliyi siyasəti” adı altında həyata keçirir, Mərkəzi Asiyadakı türk və müsəlman xanlıqlarına din adamları və mədrəsə müəllimləri göndərir, orada səfirliklər açırdı.

Lakin Osmanlı İmperiyasının İslam Birliyi siyasəti rusları narahat etdiyi kimi, əhalisinin önəmli bir hissəsi müsəlman olan Hindistanı əlində saxlayan Böyük Britaniya İmperiyasını da narahat edirdi. Krım müharibəsində Osmanlı İmperiyasını dəstəkləyən Böyük Britaniya İmperiyası ilə İslam Birliyi siyasəti nəticəsində əlaqələrin pisləşməsi yalnız Rusiya Çarlığını daha da gücləndirəcəyindən, Osmanlı İmperiyası Mərkəzi Asiyadakı dövlətlərə yetərincə dəstək göndərə bilmirdi. Nəticədə, 1860-cı ildən 1884-cü ilə qədər olan müddət ərzində Rusiya Çarlığı Böyük Britaniya İmperiyası ilə Osmanlı İmperiyası arasında yaranan məsafədən və iqtisadi problemlərdən istifadə edərək Mərkəzi Asiyadakı türk və müsəlman dövlətlərini mərhələli şəkildə işğal etmişdi.

Buna baxmayaraq, II Əbdülhəmid kimi Osmanlı sultanları işğal olunsalar belə, Mərkəzi Asiya xalqları ilə əlaqələri mədəni və dini sahələrdə davam etdirməyə çalışırdılar. Bu əlaqələr Birinci Dünya Müharibəsindən, Osmanlı İmperiyasının süqutundan və Türkiyə Respublikasının yaranmasından sonra da eyni şəkildə davam etmişdir. Xalqlar arasındakı oxşar mədəni xüsusiyyətlər Sovet dövrünün sərt qaydalarının hökm sürdüyü şəraitdə belə, fürsət yarandıqca Türkiyə Respublikası tərəfindən dövlət səviyyəsində önə çıxarılmağa çalışılmışdır.

Türkiyə və Özbəkistan arasında əlaqələrin sürətlə güclənməsi isə Sovet İttifaqının dağılması nəticəsində Özbəkistanın 31 avqust 1991-ci ildə müstəqilliyini elan etməsi ilə mümkün olmuşdur. Xüsusilə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Türkiyə ilə Özbəkistan arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəniyyət sahəsində qarşılıqlı maraqlar güclənmişdir.

Bu gün də Türkiyə və Özbəkistan arasında ticarət əlaqələri sürətlə inkişaf edir. İki ölkə arasında birgə təhsil proqramları, tələbə mübadiləsi və mədəni festivallar da genişlənir. Beləliklə, tarixi köklərə söykənən bu əlaqələr müasir siyasətdə də strateji əhəmiyyət kəsb edir.

Türkiyə və Özbəkistan arasında bir sıra önəmli layihələr mövcuddur. Bunlardan birincisi iqtisadi layihələrdir:

1.     Sənaye və tekstil sahəsi: Türkiyənin bir çox geyim şirkətləri fabriklərini Özbəkistanda açmışdır.

2.     İnfrastruktur sahəsi: Türkiyə şirkətləri Özbəkistanın bir neçə şəhərində tikinti işləri aparır. Rönesans Holding buna misal ola bilər.

3.     Energetika sahəsi: Özbəkistanın termik elektrik stansiyası layihələrində Türkiyənin Çalık Enerji şirkəti də yer alır.

4.     Ticarət sahəsi: Türkiyə ilə Özbəkistan arasındakı ticarət həcmi 2025-ci ildə 3 milyard ABŞ dollarına çatmışdır və 2026-cı ilə qədər 5 milyarda çatdırılması hədəflənir.

İkincisi isə mədəniyyət və təhsil layihələridir: 

2009-cu ildə Türkiyə Respublikası tərəfindən yaradılan və türk mədəniyyətini və sənətini dünyada tanıtmaq məqsədi daşıyan Yunus Emre İnstitutu Özbəkistanda fəaliyyət göstərir. Xüsusilə, Özbəkistandakı tələbələrə YTB-nin (Yurtdışı Türkler və Akraba Topluluklar Başkanlığı) verdiyi təqaüdlər və dəstəklər sayəsində Türkiyədə təhsil alma imkanı yaradılır. Dövlət universitetlərinə nəzər salsaq, bu proqramın fəal şəkildə tətbiq edildiyini görə bilərik.

Nəticədə, mövcud inkişaf dinamikası nəzərə alındıqda, Türkiyə ilə Özbəkistan arasındakı iqtisadi və mədəni əlaqələrin gələcəkdə də artaraq davam edəcəyini gözləmək mümkündür.

Nicat Mədətli (Nejat Madatoğlu)

Xəbər xətti

Moskvadakı ticarət mərkəzinə hücumda Azərbaycan vətəndaşları da yaralanıb
23:05
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub
22:40
İlham Əliyev İİB Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşıb
22:30
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
22:11
Özbəkistan və Türkiyə: Tarixi əlaqələrin müasir siyasətdə rolu - NİCAT MƏDƏTLİ
21:27
SON DƏQİQƏ: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
21:17
Göz qapağı zəncirbəndə ilişdi, FHN yardım etdi - VİDEO
20:49
Növbəti DƏHŞƏTLİ QƏZA: Maşın motosikleti vurdu - VİDEO
20:39
Britaniya səfiri Azərbaycanla münasibətlərdən danışıb
20:19
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
19:58
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında çıxış edib - YENİLƏNİB - 3
19:38
İran nümayəndə heyəti Cenevrəyə gedəcək? - AÇIQLANDI
19:28
Kenan Doğulunun adı keçən narkotik istintaqında yeni detal
18:50
Şahbaz Şərifin İsveçrə səfəri ləğv edildi
18:41
Ronaldo Dünya Kubokunda tarixi rekordu yenilədi
18:40
Zaxarova NATO-nu “dağıdıcı” cavabla hədələdi
18:30
Gələn həftə 3 gün ard-arda qeyri-iş günüdür
18:26
İsrail Baş naziri İrana xəbərdarlıq edib
18:20
Ukrayna Moskvaya “neft yağdırdı” - VİDEO
18:16
Fransada isti hava dalğası ilə bağlı xəbərdarlıq edilib
18:12
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
18:02
İsveç səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
17:57
"Kiyevə cavab veriləcək" - Lavrov
17:53
Neftçalada 50 min nərə balığı körpəsi təbii mühitə buraxılıb
17:53
MÜTDA sertifikatlaşdırma imtahanları ilə bağlı məlumat yayıb
17:35
Azərbaycan və Monteneqro ombudsmanları memorandum imzaladılar
17:28
15 yaşdan kiçik uşaqlara sosial media qadağası qoyuldu
17:23
İran İsrailə ŞƏRT QOYDU: qoşunlar Livandan çıxarılır?
17:20
“Moskva artıq əlçatmaz arxa cəbhə deyil” – Müharibə yeni fazaya keçir!
17:19
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
17:11
Özbəkistan Prezidenti millinin DÇ-2026-dakı çıxışından razı qalıb
17:03
AFFA-nın baş katibinə UEFA-da vəzifə verildi
17:00
DİM qabiliyyət imtahanları ilə bağlı qeydiyyat tarixlərini açıqlayıb
16:49
“Qiyamət günü radiosu” yeni mesaj yayımladı
16:46
Rusiya Ermənistana etiraz notası göndərib
16:41
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
16:32
Xalq artisti: “Kənddən ŞƏHƏRƏ GƏLƏN KİMİ ŞORTİK GEYİNİRLƏR”
16:20
19 min manatlıq dəyərində oğurluq edilib - FOTO - VİDEO
16:17
Ən təhlükəsiz çimərliklər açıqlandı - SİYAHI
16:11
Ceyhun Bayramov banqladeşli həmkarı ilə danışıb - Nələr müzakirə edildi?
16:04
Pakistan ABŞ və İran arasında vasitəçi kimi memorandumu imzalayıb
15:54
Zahid Aslanovun MEYİDİ TAPILDI
15:51
IsDB-nin İllik Toplantısı çərçivəsində yeni sənədlər imzalanıb
15:47
Belarus Ukraynaya nota verdi
15:44
Moskvanı duman bürüyüb - VİDEO
15:43
Azad edilmiş ərazilərə ayrılan vəsaiti açıqlandı
15:38
Çoban 700 min manatlıq yeyintidə ittiham olunur
15:34
Naumov: “Moskva Ermənistana etiraz etməyəcək” - RƏY
15:15
Demoqrafik TƏHLÜKƏ: Azərbaycanda DOĞUM SAYI NİYƏ AZALIB?
15:10
Tayvanda Çin təhdidinə qarşı mülki şəxslərə DRON təlimləri keçirilir
14:59
Qarabağ Universiteti Oxford Universiteti ilə yeni bakalavr proqramı hazırlayıb
14:54
Ermənistanın KTMT-də iştirakı YENİDƏN GÜNDƏMDƏ
14:50
ABŞ-dən NATO açıqlaması: Avropa artıq Vaşinqtondan asılıdır
14:45
Brejnevin yadigarı, miras mübahisələrində adı hallanan, Ukraynaya əsir düşən Milayev kimdir? - DOSYE
14:24
Kərim Vəliyev TƏLTİF OLUNDU - FOTO
14:20
Koreya vətəndaşları Azərbaycana VİZASIZ GƏLƏ BİLƏCƏK
14:09
Enerji içkiləri BU ŞƏXSLƏRİ İNFARKT EDƏ BİLƏR - XƏBƏRDARLIQ!
13:46
Qənirə Ataşova oğlunun düşdüyü QƏZADAN DANIŞDI: "Avtomobil bir neçə dəfə fırlanıb..."
13:41
Bu məşqçi yenidən “Fənərbağça”ya QAYITDI
13:36
ADY Bakı-Böyük Kəsik xəttində enerji sistemini yenilədi - VİDEO
13:32
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR