Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Cahangir Fərəcullayev UEFA-da yüksək vəzifəyə təyin olunub.
EDnews xəbər verir ki, C.Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü seçilib.
Təyinat UEFA İcraiyyə Komitəsinin qərarına əsasən həyata keçirilib.
Qərara əsasən, AFFA-nın baş katibi sözügedən komitədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, UEFA Marketinq Məsləhət Komitəsi Avropa futbolunda marketinq strategiyaları, kommersiya əməkdaşlığı və müvafiq istiqamətlər üzrə məsləhətçi funksiyanı yerinə yetirir.







