“Moskva artıq əlçatmaz arxa cəbhə deyil” – Müharibə yeni fazaya keçir!

“Moskva artıq əlçatmaz arxa cəbhə deyil” – <span class="text-danger">Müharibə yeni fazaya keçir!</span>

İyunun 18-də Moskva vilayəti son illərin ən kütləvi pilotsuz uçuş aparatı hücumlarından birinə məruz qalıb. Təxminən 180 dron cənub-şərq istiqamətindən bölgəyə daxil olub, onların bir hissəsi hava hücumundan müdafiə sisteminin bir neçə müdafiə xəttini keçərək şəhər sərhədlərinə qədər yaxınlaşa bilib.  

Rusiyalı politoloq Sergey Stankeviç  bu barədə EDnews-a danışıb.     

stankevich.jpg

- Son dövrdə Moskvaya qarşı həyata keçirilən ən iri dron hücumlarından birinin şahidi oluruq. Bu, münaqişənin yeni mərhələyə keçdiyini və arxa cəbhə obyektlərinə zərbələrin ön xətdəki hadisələr qədər əhəmiyyətli rol oynayacağını göstərirmi? Ukraynadan bundan sonra nə gözləmək olar və Rusiyanın cavab zərbələri necə olacaq?

- Qiymətləndirmələrə əsasən, əsas hədəf 1930-cu illərdə tikilmiş və yalnız 2000-ci illərdə qismən modernləşdirilmiş Moskvanın ən qədim neft emalı zavodlarından biri olub. Zavodun texnoloji bazası hələ də kifayət qədər müasir hesab edilmir. Neft emalının dərinliyi təxminən 81-82 faiz təşkil edir ki, bu da yanğın zamanı söndürülməsi çətin olan ağır fraksiyaların yaranmasına səbəb olur. Məhz bu xüsusiyyət belə obyektləri dron hücumları qarşısında daha həssas edir.

Hücumun gedişatına gəlincə, adətən pilotsuz aparatlar hava hücumundan müdafiə sisteminin daha uzaq xəttlərində zərərsizləşdirilirdi. Lakin bu dəfə qiymətləndirmələrə görə, təxminən 6-7 aparat Moskvanın hava müdafiəsinin xarici perimetrini keçə bilib və onların bir hissəsi şəhər sərhədlərinə qədər yaxınlaşıb.

Nəticədə bir sıra obyektlərə zərbələr qeydə alınıb. Onların arasında neft emalı zavodunun sənaye zonasının yaxınlığında yerləşən Novıye Kotelniki yaşayış rayonundakı binalar da var. Eyni zonada yerləşən “Sadovod” bazarı da zərər görüb. Baş vermiş yanğınlar operativ şəkildə lokallaşdırılıb və ciddi dağıntılar qeydə alınmayıb. Neft emalı zavoduna isəciddi ziyan dəyməyib. Bir neçə obyektə, o cümlədən anbarlara və bəzi istehsalat sahələrinə düşmələr qeydə alınıb, lakin müəssisənin kritik gücləri sıradan çıxarılmayıb. Bərpa işlərinin bir neçə həftədən bir aya qədər davam edəcəyi gözlənilir.

Bu hücumun ən mühüm siqnalı vurulan ziyanın miqyası deyil, bir neçə pilotsuz aparatın şəhərin hava hücumundan müdafiə xəttini yararaq keçə bilməsidir. Bu, əvvəllər olduqca nadir hallarda baş verən bir vəziyyət idi. Hazırda müdafiə sistemində baş vermiş bu nasazlığın səbəblərinin araşdırıldığı aydındır.

Gözləmək olar ki, Rusiya bundan nəticə çıxaracaq və hava hücumundan müdafiə sistemini daha inteqrasiya olunmuş və texnoloji baxımdan əlaqələndirilmiş şəkildə gücləndirəcək. Cavab olaraq isə, ehtimal ki, Ukraynanın infrastrukturuna qarşı zərbələrin daha da intensivləşməsi baş verəcək, çünki münaqişə getdikcə qarşı tərəfin arxa cəbhəsinə təsir göstərmək xarakteri alır.
Beləliklə, həqiqətən də münaqişənin yeni mərhələyə keçidindən danışmaq olar. Bu mərhələdə uzaqmənzilli zərbələrin və yüksək texnologiyalı hücum vasitələrinin rolu daha da artacaq.

Fatima | EDnews

Xəbər xətti

Zaxarova NATO-nu “dağıdıcı” cavabla hədələdi
18:30
Gələn həftə 3 gün ard-arda qeyri-iş günüdür
18:26
İsrail Baş naziri İrana xəbərdarlıq edib
18:20
Ukrayna Moskvaya “neft yağdırdı” - VİDEO
18:16
Fransada isti hava dalğası ilə bağlı xəbərdarlıq edilib
18:12
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
18:02
İsveç səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı
17:57
"Kiyevə cavab veriləcək" - Lavrov
17:53
Neftçalada 50 min nərə balığı körpəsi təbii mühitə buraxılıb
17:53
MÜTDA sertifikatlaşdırma imtahanları ilə bağlı məlumat yayıb
17:35
Azərbaycan və Monteneqro ombudsmanları memorandum imzaladılar
17:28
15 yaşdan kiçik uşaqlara sosial media qadağası qoyuldu
17:23
İran İsrailə ŞƏRT QOYDU: qoşunlar Livandan çıxarılır?
17:20
“Moskva artıq əlçatmaz arxa cəbhə deyil” – Müharibə yeni fazaya keçir!
17:19
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
17:11
Özbəkistan Prezidenti millinin DÇ-2026-dakı çıxışından razı qalıb
17:03
AFFA-nın baş katibinə UEFA-da vəzifə verildi
17:00
DİM qabiliyyət imtahanları ilə bağlı qeydiyyat tarixlərini açıqlayıb
16:49
“Qiyamət günü radiosu” yeni mesaj yayımladı
16:46
Rusiya Ermənistana etiraz notası göndərib
16:41
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
16:32
Xalq artisti: “Kənddən ŞƏHƏRƏ GƏLƏN KİMİ ŞORTİK GEYİNİRLƏR”
16:20
19 min manatlıq dəyərində oğurluq edilib - FOTO - VİDEO
16:17
Ən təhlükəsiz çimərliklər açıqlandı - SİYAHI
16:11
Ceyhun Bayramov banqladeşli həmkarı ilə danışıb - Nələr müzakirə edildi?
16:04
Pakistan ABŞ və İran arasında vasitəçi kimi memorandumu imzalayıb
15:54
Zahid Aslanovun MEYİDİ TAPILDI
15:51
IsDB-nin İllik Toplantısı çərçivəsində yeni sənədlər imzalanıb
15:47
Belarus Ukraynaya nota verdi
15:44
Moskvanı duman bürüyüb - VİDEO
15:43
Azad edilmiş ərazilərə ayrılan vəsaiti açıqlandı
15:38
Çoban 700 min manatlıq yeyintidə ittiham olunur
15:34
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında çıxış edib - YENİLƏNİB
15:27
Naumov: “Moskva Ermənistana etiraz etməyəcək” - RƏY
15:15
Demoqrafik TƏHLÜKƏ: Azərbaycanda DOĞUM SAYI NİYƏ AZALIB?
15:10
Tayvanda Çin təhdidinə qarşı mülki şəxslərə DRON təlimləri keçirilir
14:59
Qarabağ Universiteti Oxford Universiteti ilə yeni bakalavr proqramı hazırlayıb
14:54
Ermənistanın KTMT-də iştirakı YENİDƏN GÜNDƏMDƏ
14:50
ABŞ-dən NATO açıqlaması: Avropa artıq Vaşinqtondan asılıdır
14:45
Brejnevin yadigarı, miras mübahisələrində adı hallanan, Ukraynaya əsir düşən Milayev kimdir? - DOSYE
14:24
Kərim Vəliyev TƏLTİF OLUNDU - FOTO
14:20
Koreya vətəndaşları Azərbaycana VİZASIZ GƏLƏ BİLƏCƏK
14:09
Enerji içkiləri BU ŞƏXSLƏRİ İNFARKT EDƏ BİLƏR - XƏBƏRDARLIQ!
13:46
Qənirə Ataşova oğlunun düşdüyü QƏZADAN DANIŞDI: "Avtomobil bir neçə dəfə fırlanıb..."
13:41
Bu məşqçi yenidən “Fənərbağça”ya QAYITDI
13:36
ADY Bakı-Böyük Kəsik xəttində enerji sistemini yenilədi - VİDEO
13:32
Madrid klubundan müdafiə xəttinə YENİ TRANSFER
13:26
Azərbaycan və Ərəb Koordinasiya Qrupu arasında yeni sənədlər imzalanıb
13:21
Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim etdi
13:15
“Səbail”də böyük dəyişiklik: klubun adı dəyişir?
13:10
İlham Əliyev Ərəb Koordinasiya Qrupunun rəhbər şəxslərini qəbul etdi - FOTO
13:06
Yalçın Niftiyev SOCAR-da yüksək vəzifəyə təyin olunub
13:04
Azərbaycanda 10 min manata qədər maaş almaq olur – Sabiq deputat - VİDEO
13:02
SON DƏQİQƏ! Moskvada Azərbaycanlı iş adamlarının BAZARI YANIR
12:59
ABŞ-İran memorandumunun DETALLARI
12:50
Medinadan “Qarabağ”a vida mesajı
12:45
Tramp: "İranın pullarını geri qaytarmalı olacağıq!"
12:41
Rəna Məmmədovaya vəzifə verildi
12:23
İran Ermənistana “Tramp marşrutu” ilə bağlı xəbərdarlıq edib
11:58
Brejnevin nəticəsi Ukraynada əsir düşdü
11:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR