Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Dünya Kuboku tarixində yeni rekorda imza atıb.
EDnews xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
41 yaş 132 günlük ulduz futbolçu Portuqaliya millisinin Konqo Demokratik Respublikası ilə matçında start heyətdə meydana çıxıb.
Bununla da Ronaldo Dünya Kuboku tarixində start heyətdə yer alan ən yaşlı oyunçu kimi turnirin rekordunu yeniləyib.
Qeyd edək ki, bu, Kriştianu Ronaldonun Dünya Kubokunda altıncı çıxışı olub.







