Mayın 21-də "Aksiom Speys" şirkətinin kosmosa təşkil etdiyi xüsusi missiya çərçivəsində iki səudiyyəli kosmonavt Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.
Ednews "skynews" media şəbəkəsinə istinadən xəbər verir ki, ekipaj üzvləri arasında bir səudiyyəli qadın kosmonavt – Rayana Bernavi da var. Bu, Səudiyyə Ərəbistanı tarixində bir ilkdir.
Kosmonavtları daşıyan “SpaceX Falcon 9” raketi ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.
Ekipajda həmçinin NASA-nın keçmiş kosmonavtı, əvvəllər beynəlxalq stansiyaya üç dəfə uçmuş və ekipaj rəhbəri Pegi Vitson və kosmik gəmiyə başçılıq edən amerikalı iş adamı Con Şofner də yer alıb.
Sözügedən ekipaj bu gün səhər fəzaya çatıb və o, Beynəlxalq Kosmik Stansiyada 10 gün qalacaq.
Kosmik uçuşun məqsədi beynəlxalq stansiyada iyirmiyə yaxın elmi təcrübə keçmək və çəkisizlikdə kök hüceyrələrin davranışını öyrənməklə bağlıdır.
Törə Zeynal