Yunisin başındakı papaq kimindir və anlamı nədir? SENSASİON FAKTLAR - FOTOLAR

Cəmiyyət 10:17 08.07.2018

Elmar Vəliyevə qəsd eləmiş Yunis Səfərovu Hizbullahla birləşdirən amil yalnız...

Ölkə mediasının və sosial şəbəkənin əsas gündəmi Gəncədə baş vermiş sui-qəsd və onun ardınca baş verənlərdir. Cümə günü hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq hadisəni terror aktı elan etdi. Dünən isə Elmar Vəliyevi güllələyən Yunis Səfərovun xanımı videomüraciət yayaraq bəzi iddialara cavab verib.

Hazırda ən çox müzakirə olunan məqam Yunis Səfərovun Suriyada hərbi təlimlərdə iştirak etməsidir. Rəsmi açıqlamada bu qeyd var və orada Səfərovun 2016-cı ildə İrana getdiyi və burada 8 ay yaşadığı, bu müddətdə Suriyaya gedərək hərbi təlim aldığı iddia olunur. Ancaq rəsmi məlumatda daha detallı hər hansı bir məlumat yoxdur, eləcə də mediada bunu təsdiqləyən hansısa fakt yoxdur. Yalnız Yunisin ziyarətgah fotoları və mübhəm papağından başqa ortada ittihamları sübut edə biləcək detallar yoxdur.

yunis papaqda.jpg (124 KB)

Yunis Səfərovun sosial şəbəkələrdə ən çox yayılan görüntüsü saqqalı və yay baş geyimində olan fotosudur. Bu fotoda hər hansı partizan elementi görünməsə də, Yunisin başındakı papaq 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş Hizbullahın silahlı qanadının komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papağın hizbullahçıların səhra geyimi olduğu, Yunisin bu papağı Suriyada əldə etdiyi haqda bir bilgi olmasa da, əsas işarə məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edir. Halbuki Səfərovun Suriyada olması və döyüşməsi ilə bağlı hələlik hər hansı bir fakt yoxdur.

yunis seferov hizbullah.jpg (13 KB)

Ancaq görünən odur ki, kimlərsə onu məhz bu şəkildə tanıtmaq istəyir. Sosial şəbəkələrdə yayılan roliklər, fotokollajlar, dini bənzətmələr məhz buna xidmət edir. Əcəba, bu təqdimat kimə və nəyə görə lazımdır. Aydın məsələdir ki, bu günə qədər hətta şiə azərbaycanlılar Əsədə dəstək üçün gediblərsə, bu fakt ciddi-cəhdlə ört-basdır edilib, açıqlanmayıb. Ancaq indi birdən birə bu gizlilik götürülür, əksinə, cəmiyyətə Yunisin məhz İran üzərindən Suriyaya getdiyi, orada hökumət tərəfdən hərbi təlimlərə qatıldığı, daha sonra isə sərbəst şəkildə Azərbaycana gələrək Gəncənin mərkəzində, hər kəsin gözü önündə başçını güllələdiyi ssenarisi ötürülür.

muqayise-mugniye.jpg (191 KB)

Qeyd edək ki, azərbaycanlıların İŞİD, ən-Nusra və bənzər islamçı qruplara qoşulması ilə bağlı aşkar faktlar olsa da, şiə icmalarından gedərək Bəşər Əsəd tərəfdə döyüşənlərlə bağlı aşkar faktlar yox idi. Baxmayaraq ki, hələ 4 il əvvəl bəzi media orqanlarında bu barədə bilgilər vardı. Çünki həmin vaxt İran ordusu Suriyada müqəddəs şiə ziyarətgahlarını qorumaq çağırışı ilə Pakistan, Əfqanıstan, İraq və həmçinin İrandan olan könüllülər hesabına bir neçə silahlı briqadalar formalaşdırmışdı.

İraqlıların “Əbəlfəzl Abbas”, əfqanların və pakistanlıların “Fatimiyyun” briqadaları daha sonra təkcə hərəmlərin müdafiəsi deyil, eyni zamanda digər bölgələrdə də Hizbullah və Suriya qüvvələri ilə əməliyyatlara qatılırdı. Azərbaycanlıların da hərəm müdafiəsində iştirak etdiyi iddiaları olsa da, bu günə qədər hansısa rəsmi mənbə, eləcə də bu faktı təsdiqləyən hər hansı bir fakt ortaya çıxmayıb. Yunislə bağlı isə əlimizdə sadəcə rəsmilərin elan etdiyi iddialar və bir də onun hizbullahçı papağı var.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İki Od Arasında: İran-İsrail Münaqişəsi və Azərbaycanın Strateji Seçimləri
23:07 16.06.2025
İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
İsrail Livanı bombaladı
21:13 16.06.2025
BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
21:02 16.06.2025
"ABŞ Rusiya ilə görüşünü ləğv edib"
19:33 16.06.2025
Tramp G7-nin bəyanatını imzalamaqdan imtina edib
19:16 16.06.2025
İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi
18:23 16.06.2025
Qərbin İkili Standartları: Azərbaycan Kontekstində İkiüzlü Ədalət
16:24 16.06.2025
Pakistan İranla sərhədi bağladı
16:08 16.06.2025
“Şuşa Bəyannaməsi ölkələrimizin sərhədlərini aşıb”
15:48 16.06.2025
"İsrail Tehranın hava məkanına tam nəzarət edir"
15:39 16.06.2025
"Azərbaycanlı zəvvarlar vətənə qayıdır"
15:35 16.06.2025
Türkiyə-Azərbaycan Dostluğu və Bakı qeydləri Mevlüt Yeni yazır...
15:07 16.06.2025
Si Cinpin Qazaxıstana getdi
14:55 16.06.2025
Qara Zövqün Qaranlıq Tərəfi: Çayın İnsan Orqanizminə Zərərləri
14:46 16.06.2025
Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
13:56 16.06.2025
"Türkiyə "nüvə danışıqlarında" vasitəçi olmağa hazırdır"
13:36 16.06.2025
İsrail itkilərini açıqladı
13:32 16.06.2025
Şəhərlərin Estetik Kimliyi Necə Dəyişir?
13:01 16.06.2025
"Fərqliliklərimizi kənara qoyub düşmənin qarşısında  yumruq kimi dayanmalıyıq"
12:58 16.06.2025
İsrail-İran müharibəsi, qeyb olan "qırmızı cizgi"lər və Zəngəzur dəhlizi
12:21 16.06.2025
"Real" "Liverpul"-un daha bir ulduzuna "göz dikib
11:44 16.06.2025
İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub
10:07 16.06.2025
Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
09:50 16.06.2025
Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır
08:59 16.06.2025
"İsrail casusu" dar ağacından asıldı
07:53 16.06.2025
Aspirinin güclü və təhlükəsiz alternativi tapıldı
02:56 16.06.2025
Peruda zəlzələ güclü zəlzələ baş verib
01:20 16.06.2025
Reydə İsrailin dron sexi aşkarlanıb
00:55 16.06.2025
Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
00:38 16.06.2025
"Huawei"-dən "ChatGPT"-yə: Texnologiya Müharibəsində Soyuq Savaşın Yeni Üzü
20:35 15.06.2025
Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması
20:14 15.06.2025
Ərdoğan Azərbaycanı təbrik edib
19:29 15.06.2025
Qazaxın kəndlərinə dolu yağıb
18:03 15.06.2025
İran İraqı hava məkanına nəzarəti gücləndirməyə çağırıb
16:14 15.06.2025
Zəngəzur dəhlizi və regionda yeni biznes dinamikası: Risklər və fürsətlər
15:34 15.06.2025
Azərbaycan Enerji Qovşağında: Strateji Mövqeyin Geosiyasi Çəkisi
13:13 15.06.2025
Bilik Alveri: Repetitorluq Təhsil Bazarını Necə Şəkilləndirir?
12:03 15.06.2025
Vyetnamdakı daşqınlar doqquz nəfərin həyatına son qoyub
11:48 15.06.2025
"İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır"
10:49 15.06.2025
Hamısı