Arxda batan oğlan xilas edildi - VİDEO - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Arxda batan oğlan xilas edildi - VİDEO

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
FHN-dən Ednews-a verilən xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq koməksiz vəziyyətdə qalıb.
 
Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...