Mərdəkan botanika bağında nə baş verir? Şikayətlər durmadan artır – Qurumdan RƏSMİ AÇIQLAMA

Cəmiyyət 17:00 20.06.2022

132 illik tarixi olan bu park vaxtilə Murtuza Muxtarovun bağı olub. 1925-cı ildə bağ dövlət mülkiyyətinə, sonradan müxtəlif təşkilatların tərkibinə keçib. Hazırda Dendrologiya İnsititutu kimi fəaliyyət göstərən bu ərazi vətəndaşların istirahəti üçün nəzərdə tutulub. Ancaq parka gedənlər üçün bura heç də ürəkaçan deyil. İstirahət üçün buranı seçənlər qeyd edir ki, həm giriş pulludur, həm də içərisində kiçik bazar fəaliyyət göstərir. 

“Parkda əməlli başlı bazar açıblar. Halbuki, bu park zamanında milyonçu Murtuza Muxtarovun bağ evi olub. İndi də bizlərə girmək, istirahət etmək ödənişlidir. Övladımın 5 yaşı var, bir az ətli-qanlıdır. Sual verirlər ki, neçə yaşındadır, 5 yaş dedikdə inanmadılar. Nəzarətçi israrla uşağın şəxsiyyət vəsiqəsini istədi. Problem təkcə girişin pullu olması deyil, burada əməlli-başlı bazar açılıb. Çindən gələn keyfiyyətsiz, maya dəyəri 1-2 manata olan oyuncaqları baha qiymətə uşaqlara satırlar. Bu nə dərəcədə doğru addımdır. Bura nəzarət yoxdur?”

Qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.  Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyevanın verdiyi məlumata əsasən indiyədək giriş ödənişlə olub. 

“Bugünə qədər Dendrologiya insititu ödənişli fəaliyyət göstərib. Giriş, 5 yaşına qədər uşaqlara, əlillərə, şəhid ailələrinə , qazilərə, akademiya işçilərinə ödənişsizdir. Ancaq 5 yaşdan 9 yaşa qədər bir manat, 9 yaşdan yuxarı şəxslər üçün iki manat təşkil edir. Bu tək bizdə belə deyil, hər bir park bu formada təşkil olunur”. 

Qeyd edək ki, dünyanın 114 ölkəsindən gətirilən 1800 növə yaxın ağac və kol bitkisinin olduğu yer 24 hektar sahəni əhatə edir. Bu qədər geniş ərazinin natəmiz olması da şikayətçini narahat edən səbəblərdəndir. Şikayətçinin parkda kiçik bazarın fəaliyyəti ilə bağlı mətbuat katibi bildirib ki, burada qeyri adi heç nə yoxdur

“Əgər kimsə bura istirahət üçün gəlirsə, sözsüz ki, biz də onların əyləncəsi xatirinə nələrsə təşkil etməliyik ki,  onlar üçün maraqlı olsun. Bazar deyilən də uşaqlar üçün oyuncaqlar satılan kiçik bir yerdir. Burada qeyri adi heç nə yoxdur. Biz burada paltar, ayaqqabı satmırıq, normal olaraq uşaqlar üçün oyuncaq satılır bu da normal bir şeydir. Əgər bir problem olsa o zaman işçi cəzalandırılar və ya başqa tədbirlər görülər”.

Ləman Abbaslı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

BAMF Himayəçilik Şurasının 2025-ci ildəki ikinci iclası keçirilib
14:59 14.05.2025
Pərdənin O Üzü: Merilin Monro və Azad Qadının Səhnəsi
13:53 14.05.2025
Yaponiyada hərbi təyyarə qəzaya uğradı
13:17 14.05.2025
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
13:14 14.05.2025
Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək
13:12 14.05.2025
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
13:05 14.05.2025
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək
13:01 14.05.2025
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
12:56 14.05.2025
Günəşdə güclü partlayış baş verib
12:49 14.05.2025
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
12:46 14.05.2025
Perunun hökumət başçısı istefa verib
12:43 14.05.2025
"İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik"
12:38 14.05.2025
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
12:32 14.05.2025
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
12:29 14.05.2025
Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
12:25 14.05.2025
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
12:18 14.05.2025
Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb
12:08 14.05.2025
Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib
12:04 14.05.2025
Azərbaycanlı skripkaçının növbəti uğuru
12:01 14.05.2025
Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub
11:58 14.05.2025
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
11:55 14.05.2025
Tramp Suriyanın keçid dövrü prezidenti ilə görüşüb
11:47 14.05.2025
ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
11:36 14.05.2025
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
11:33 14.05.2025
Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
11:28 14.05.2025
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
11:17 14.05.2025
Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
11:08 14.05.2025
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
10:55 14.05.2025
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
10:49 14.05.2025
Qazaxıstanda sənaye məqsədilə çətənə yetişdirilməsi leqallaşdırıla bilər
10:41 14.05.2025
Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
10:40 14.05.2025
Türkiyənin Rusiya-Ukrayna sülh prosesindəki rolu necə dəyişir?
10:39 14.05.2025
"Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb"
10:35 14.05.2025
Türkiyədə NATO XİN başçılarının ikigünlük toplantısı başlayır
10:25 14.05.2025
Böyük Britaniyada bu yaz tarixdə ən quraq bahar mövsümü ola bilər
10:23 14.05.2025
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək
10:21 14.05.2025
Gürcüstanda miqrasiya siyasəti sərtləşdirilir
10:18 14.05.2025
Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
10:18 14.05.2025
Husilərin İsrail ərazisinə atdığı raket zərərsizləşdirilib
10:12 14.05.2025
Talaçaydan sel keçir
10:07 14.05.2025
Hamısı