Millət vəkili Mahir Abbaszadə Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Ednews xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə layihə parlamentin bu gün keçirilən növbədənkənar sessiya iclasında müzakirəyə çıxarılıb.
Layihəni Milli Məclisə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təqdim edib.
Layihə səs çoxluğu ilə qəbul olunub.