MİQ üçün vakant yerlərin sayı açıqlandı
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı açıqlanıb.
Ednews xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli bildirib ki, təxminən 9000-dən artıq vakant yer namizədlərə təqdim olunacaq.
"Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçirirk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur", - o qeyd edib.