BNA avtobusların hərəkət qrafiklərinin pozulması hallarına aydınlıq gətirib

Cəmiyyət 17:13 23.09.2022
Son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir.
 
Bakı Nəqliyyat Agentliyindən Ednews-a verilən məlumata görə, aparılan təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən proqnozlaşdırılıb, bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə təşəbbüslər göstərilib və müəyyən hissəsinin reallaşdırılmasına nail olunub.
“Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmasının yaratdığı mənzərədir. İndiki vəziyyətdə avtobus sayının artırılması məsələnin həlli yolu deyil. Avtobus sayına gəldikdə isə, bu sahədə də müəyyən çatışmazlıqların olması reallıqdır”, - məlumatda bildirilir.
 
Qeyd olunub ki, ilk növbədə, bu, pandemiyanın ictimai nəqliyyat sektoruna vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir. Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar, avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərib. İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır.
 
Bildirilir ki, fəaliyyət göstərdiyi 5 il ərzində əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “Baku Bus” MMC-nin qeyd olunan səbəblərdən təkcə 2020-ci il üçün gəlirləri 2 dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da daşıyıcılar tərəfindən reqlamentlərə uyğun təmirlərin tam həcmdə həyata keçirilməsini qeyri-mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus” MMC-yə verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq.
Məsələnin uzunmüddətli perspektivdə dayanıqlı həlli yolu isə daşıyışılarla münasibətlərin yeni modelinə keçiddir. Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modelinə keçid konsepsiyası hazırlanıb və hazırda aidiyyəti qurumlarla müzakirə mərhələsindədir. Yeni modelin tətbiqi sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması, dayanıqlı maliyyə modelinin qurulması, avtobus parkının davamlı yenilənməsi, sektorda fəaliyyətin tam şəffaflaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirin azaldılması ilə müşayiət ediləcək.
Avtobusla sərnindaşımanın səmərəliliyi üzrə qeyd olunan bu məsələlərin həlli qanunsuz sərnişindaşıma fəaliyyətinin də aradan qalxmasına gətirib çıxaracaq. Qanunsuz sərnişindaşımalar daşıyışıların gəlirlərini azaltmaqla yanaşı, illər üzrə yaradılmış sistemə də ciddi mənfi təsir göstərir.

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı