Oktyabrın 24-də Almaniya kansleri Olaf Şolts və Ukraynanın Baş naziri Denis Şmıqal Berlində Almaniya -Ukrayna iqtisadi forumunun açılışını edəcəklər.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Brüxner məlumat verib.
“Almaniya-Ukrayna 5-ci iqtisadi forumunun açılışında nazirlər kabinetlərinin üzvləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak edəcək”, - deyə əlavə olunub.
Həmçinin qeyd olunub ki, Şolts və Şmıqal konfrans çərçivəsində görüş keçirəcəklər: “Konfrans çərçivəsində ikitərəfli görüş keçiriləcək. Görüşün əsas mövzuları Ukraynadakı hazırkı vəziyyət, Almaniyanın dəstəyi və ölkənin yenidən qurulması olacaq”.