Alman fəalı Martin Lejeune Türkiyənin zəlzələ bölgəsinə səfər edib.
Ednews xəbər verir ki, o ,öz Youtube kanalında hazırladığı videoreportajda zəlzələnin yaratdığı dəhşətli görüntüləri lentə alıb. O, həmçinin Hatayda zərərçəkənlər üçün söhbətləşib.
O, dağıntılar altında doğmalarını axtaran yaşlı birinin ağrı-acısını bölüşməyə çalışıb. Yaşlı kişi bildirib ki, o, Urfadan gələrək dağıntılar altında qalan qızını, kürəkənini və nəvəsini axtarır.
“Onlar dağıntıların altında qalıblar. Zəlzələnin baş verdiyi gündən buradayam. Yağışın yağmağı axtarış işlərinə mane olurdu”.
Zərərçəkən bildirib ki, işlərin tamamlanmağını gözləyirik ki, cənazələrimizi götürə bilək.
Xatırladaq ki, ən son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 min 973 nəfərə çatıb.
Sözügedən videoreportajl təqdim edirik:
Ayan Rzayeva