ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kanada sərhədi yaxınlığında Huron gölü üzərində F-16 təyyarələri ilə naməlum uçan obyekti vurduğunu açıqlayıb.
Ednews Haberglobala istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Naməlum obyekt ABŞ hərbi obyektlərinin yaxınlığından keçib. Bu təkcə mülki aviasiya üçün təhlükə deyil, həm də potensial müşahidə vasitəsidir.
ABŞ hərbçiləri son 10 gündə 4 hava elementini, o cümlədən yüksək hündürlükdə Çin hava şarını və 3 naməlum obyekti vurub.
Ayan Rzayeva