Cəbrayıl sakinləri 30 il sonra Novruzu öz kəndlərində qeyd etdilər - VİDEO - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Cəbrayıl sakinləri 30 il sonra Novruzu öz kəndlərində qeyd etdilər - VİDEO

Cəmiyyət A- A A+
Cəbrayılın ən böyük kəndlərindən olan Horovlunun bir qrup sakini doğulub boya-başa çatdıqları torpağı Novruz bayramında ziyarət ediblər. 
 
Ednews xəbər verir ki, sakinlər Doğmalarının, yaxınlarının dağıdılıb, viran edilmiş qəbirlərini mina təhlükəsinə görə ziyarət etmək şansları olmasa da, doğma ocaqlarında 30 il əvvəl qeyd etdikləri bayramlardan ürək dolusu danışıblar. 
 
Sonuncu dəfə 1993-cü ildə Horovluda qeyd edilən Novruz şənliyini hələ də unutmayan kənd sakinləri, bu torpaqlara qayıdıb yenidən o çal-çağırlı günlərə dönəcəkləri günü səbirsizliklə gözləyirlər. 
 
Həmin görüntüləri təqdim edirik: 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...