Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 37-yə çatdı - ednews.net

30 May, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Xankəndi-Laçın yolundan keçən avtomobillərin sayı 37-yə çatdı

Cəmiyyət A- A A+
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  
 
Ednews xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  
 
Belə ki, 2 minik və 27 təminat və təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. 
 
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  
 
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 37 avtomobil hərəkət edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...