Britaniya səfiri: "Avroviziya"da Azərbaycan təmsilçilərinə azarkeşlik edəcəyəm - VİDEO - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Britaniya səfiri: "Avroviziya"da Azərbaycan təmsilçilərinə azarkeşlik edəcəyəm - VİDEO

Cəmiyyət A- A A+
"Bu şənbə biz Ukraynanın əvəzinə “Avroviziya” Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyik. Təəssüf ki, Rusiyanın təcavüzünə görə rəsmi Kiyev bu yarışı öz ərazisində keçirə bilmir".
 
Ednews  xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld İctimai televiziyaya müsahibəsi zamanı deyib. 
 
Onun sözlərinə görə, “Avroviziya” Mahnı Müsabiqəsi bütün Avropa üçün bir əyləncədir.
 
Liverpulda artıq onun açılış mərasimi keçirilib. İndiki zamanda belə tədbirin keçirilməsi həm də Ukraynada baş verənlərə diqqət çəkmək üçün bir fürsətdir:
 
"Əlbəttə ki, bu, musiqi və mədəniyyət, inklüzivlik bayramıdır. Çox şadam ki, cəmi bir neçə həftə əvvəl Azərbaycanın bu yarışdakı təmsilçiləri Tural və Turan ilə Zaqatalada görüşə bildim. Sabah keçiriləcək ilk yarımfinalda onlara azarkeşlik edəcəyəm".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...