“Rayonlarda baxçaya, məktəbə gedən uşaqlar küçə itlərinin hücumuna məruz qalır. Bu hallar uşaqların qorxmasına, ölümünə səbəb olur".
Ednews xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında deyib.
"Müvafiq qurumlar bununla ciddi məşğul olmalıdır. Yığın o itləri, Koreyaya, Çinə satın, amma bir çarə tapın”, deyə o, əlavə edib.