"Abşeron" yatağından ilk qaz ÇIXARILACAQ

Bir neçə həftə ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından ilk qaz çıxarılacaq. 
 
Ednews  xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı "TotalEnergies" şirkətinin Avropa üzrə birinci vitse-prezidenti Jan-Lyuk Qizyu bildirib. 
 
"Bu il, yəni bir neçə həftədən sonra "Abşeron" sahəsindən ilk qaz çıxacaq. Bu da gələcək inkişaflara böyük bir qapıdır. "Abşeron" yatağının potensialı üçün böyük fürsətdir", - Jan-Lyuk Qizyu qeyd edib. 
 
Onun sözlərinə görə, Avropaya qaz təchizatında Azərbaycan mühüm rol oynayır və bu sahədə etibarlı tərəfdaşdır.
 
İlham Əliyev xalqa müraciət edir - Canlı