Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb

Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.
 
Bu barədə Ednews-a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, Masallı RPŞ əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev xalqa müraciət edir - Canlı