Vətəndaşların NƏZƏRİNƏ: Paytaxtın bu ərazilərində su kəsiləcək

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 
 
Bu barədə Ednews-a "Azərsu" ASC-dən bildirilib. 
 
Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. 
 
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir. 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO