Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub FOTO

Cəmiyyət 23:11 01.06.2023
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.
 
Ednews xəbər verir ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyasında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.
 
Qeyd edək ki, “Uşaq festivalı”nda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak edib.
 
Mahnı oxuyub rəqs etməyi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurulub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edilib. Gənc astronomlar üçün ayrılan meydançada astronomiya elmi haqqında məlumatlar əldə etmək mümkün olub.
 
Yüksək texnologiyaya maraq göstərən uşaqlar robotlar, dronlar və avia zonasındakı dərslərə qoşula bilib, idmansevərlər üçün isə mini turnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib.
 
“Uşaq festivalı”nda balacaların ixtiyarına verilən meydançalardan biri də art meydançası olub. “Street art” məkanında asvalt üzərində rəsmlər çəkilib.
 
Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkarlamaq oyununa qoşulublar.
 
Festival çərçivəsində təhlükəsiz yollar zonasında Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi uşaqlara iqlim dəyişikliyi, su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi barədə məlumarlar verib, viktorinalar keçirib. İnteraktiv oyunlar zamanı ekoloqlar milli parklar, qoruqlar barədə məlumatlandırıb, mini “Safari park”la tanışlıq olub.
 
Qida Təhlükəsizliyi Agentliyi isə “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi sərgisi təşkil edib. Sərgidə müsabiqəyə təqdim olunan əsərlərdən seçilmiş rəsmlər nümayiş olunub. Festivalda müsabiqə qalibləri təltif edilib.
 
Heydər Əliyev Mərkəzinin parkında bu gün maşın və fərqli idman növləri üzrə yarışlar da keçirilib. “Kulinariya”, “Estafet” və digər əyləncə zonaları, attraksionlar, animatorlar uşaqlara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
 
Heydər Əliyev Mərkəzinin parkında oxu meydançası da təşkil edilmişdi. Burada uşaq ədəbiyyatı müəllifləri ilə görüş, eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün oxu saatı, müxtəlif bədii əsər qəhrəmanlarının obrazlarının rəsmləri üzrə müsabiqə və viktorina olub.
 
Konsert proqramında “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” uşaqlar musiqili teatrı, “Azəri inciləri” vokal qrupu və digər istedadlı uşaqlar və qruplar çıxış edib.
 
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı