Bir gündə 66 CİNAYƏT - 52 nəfər SAXLANILDI

İyunun 2-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
 
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən bildirilib. Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    
 
Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.