Ucarda 28 yaşlı qadın öldürüldü, qatil tutuldu

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 
 
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya məlumat verilib. 
 
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
 
Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 
 
Araşdırma aparılır.