Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz KEÇİRLƏR

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər. 
 
Ednews  xəbər verir ki, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür. 
 
Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib. 
 
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb. 
 
Həmin videonu təqdim edirik: