"Ümidvarıq ki, bu il də müəllimlər test suallarını rahat cavablayacaqlar".
Ednews xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli 161 saylı məktəbdə sertifikatlaşdırma ilə bağlı təşkil olunan mediaturda deyib.
Onun sözlərinə görə sertifikatlaşdırma prosesi ilə bağlı ötən il və bu il də qiymətləndirmə çərçivəsi əvvəlcədən paylaşıldı:
"Sertifikatlaşdırmaya cəlb olunan təhsilverənlər üçün həm Bakıda, həm də regionlarda təlimlər təşkil olunub. Bu təlimlərdə 31 minə yaxın müəllim əhatə olundu. Onlara həm qiymətləndirmə çərçivəsi, həm də prosesdə qaydalarla bağlı məlumat verildi.
Eyni zamanda prosesdən əvvəl müəllimlərimiz üçün sınaqlar da təşkil olundu və müəllimlərin nəticəsi yüksək oldu. Ümidvarıq ki, bu dəstək tədbirləri indi müəllimlərin qarşılaşdıqları sualları daha rahat cavablandırması üçün əlverişli imkan yaradacaq".
Aysel