DİM-dən subbakalavrların qeydiyyatı ilə bağlı AÇIQLAMA

DİM-dən subbakalavrların qeydiyyatı ilə bağlı AÇIQLAMA
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir. 
 
Ednews  Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 09:40-dək qeydiyyatdan keçən subbakalavrların elektron ərizələrinin ümumi sayı 16845 olub. Təsdiq olunan elektron ərizələrinin sayı 12241-dir. 
 
Qeyd edək ki, elektron ərizələrin qəbulu iyulun 31-i saat 23:59-dək davam edəcək. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. 
 
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. 
 
Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır. 
 
Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir. 
 
Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir. 
 
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar ərizələrini təsdiq etdikdən sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də yaxın günlərdə elan olunacaq tarixlərdə qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. 
 
XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər. 
 
1988-2005-ci il təvəllüdlü (01.05.2005-ci il tarixədək anadan olmuş) 35 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır. 30.04.2005-ci il tarixdən sonra doğulmuş və ya 35 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir. 
 
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. 

Xəbər xətti

AŞPA-dan Gürcüstanla bağlı qətnamə
02:25
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
01:43
YƏMƏNDƏ PARTLAYIŞ: JURNALİST VƏFAT ETDİ
00:25
Zelenski: Qabaqlayıcı hərəkət etmək əmri verilib
00:21
İsrail-Livan danışıqları dalana dirənib
00:16
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
00:10
Bu gün Aşuradır
00:00
25.06.2026
Modi ilə Paşinyan arasında danışıq olub - NƏ BAŞ VERİR?
23:46
İsveçrə - Kanada oyunu başlayıb - FOTOLAR
23:26
Sabah bu ərazilərdə işıq olmayacaq
23:16
AŞPA-da Azərbaycana dəstək: Ukraynalı deputatlar etiraz etdi
22:56
"Sabah" Avstriyada ilk yoxlama matçını keçirib
22:46
İran və Səudiyyə Ərəbistanı XİN başçıları görüşüblər - Nələr müzakirə edildi?
22:26
Rubio İsrail ilə bağlı İDDİALARA CAVAB VERİB
21:36
Bank kartlarında yaranan nasazlıq: Kim məsuliyyət daşıyır?
21:16
Qəbul imtahanının nəticəsi elan olunub
20:47
AMB: "Azərikard"da baş verən texniki nasazlıq aradan qaldırılıb
20:27
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb
20:07
Sertifikasiya üzrə test imtahanının beşinci günü yekunlaşıb
19:37
Rəsmi Bakı Fransa XİN-in cavablarını pisləyib
19:17
İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı
18:47
Adil Kərimlidən yeni təyinat
18:37
Telefonunu maşına çırpıb pul tələb edən şəxs saxlanıldı
18:15
Prezident Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - FOTOLAR
18:02
“Zevs”in qardaşı 4 il azadlıqdan məhrum edildi
17:37
"Azəricard"dan kart hesablarındakı problemlə bağlı MÜHÜM AÇIQLAMA
17:33
İranla sərhəddə əməliyyat - DSX MƏLUMAT YAYDI
17:29
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı Azərbaycanda saxlanıldı
17:07
ABŞ-də Azərbaycanlıya YÜKSƏK VƏZİFƏ VERİLDİ
16:53
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
16:42
SON DƏQİQƏ! ABB-dən sonra BU BANK KARTLARINDA PROBLEM YARANDI
16:40
Bakıda İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilib - YENİLƏNİB
16:30
Nazir Respublika Fənn Olimpiadalarının qaliblərini qəbul edib
16:27
Tramp: "İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə..."
16:13
Ərdoğan: "Trampla görüşəcəyəm!"
16:01
TƏCİLİ! ABB kartlarından vəsaitlər SİLİNİR - FOTO
15:29
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib - FOTOLAR
15:22
Bir gündə 19 MİLYON BAREL: Neft bazarında NƏ BAŞ VERİR?
15:18
Rusiya "İstanbul"u vurğuladı: KİM KOMPROMİSƏ GEDƏCƏK?
15:15
"Araz-Naxçıvan" kolumbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
14:47
Türkiyəyə köç edən azərbaycanlıların sayı açıqlandı
14:39
"Lufthansa" İrana uçuşları bərpa etməyə hazırdır
14:33
Peskov: "Ermənistan inkişaf yolunu seçmək mərhələsindədir"
14:29
Bakıda Ağciyər Xəstəlikləri Mərkəzinin yeni xəstəxanası açılıb
14:22
Domeni "az" olan saytlar BAĞLANACAQ? - AÇIQLANDI
14:08
Şimali Koreya hərbi donanmasını genişləndirir
14:05
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
13:42
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
13:32
Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ
13:27
Hava dəyişir: YAĞIŞ, ŞİMŞƏK...
13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILDI
13:04
Ronaldonun bacısından diqqətçəkən paylaşım: "Hamını susdurdu"
12:54
Rusiya Zaporojyedə yarımstansiyaya zərbə endirib
12:44
Belarus Ukrayna sərhədi yaxınlığında səfərbərlik təlimlərinə başlayıb
12:34
Şuşada TDT dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
12:14
Azərbaycan-Türkmənistan əməkdaşlığı: Türk dünyasında həmrəylik möhkəmləndirilir - ŞƏRH
12:00
Prezidentin köməkçisi pambıqçılıqda yeni dəstək mexanizmlərindən danışıb
11:57
Qarabağ Universitetində yeni təyinat - FOTO
11:50
YUMURTA gələn ay da 1 QƏPİK OLACAQ? – AÇIQLANDI
11:40
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili təmizlənir
11:37
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR