Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalara başlayıb.
Ednews “nuhçıxan.az”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Palata 2021-2022-ci illər üzrə səhiyyə müəssisələrinin maliyyə fəaliyyətini araşdırır.