“Son 3 il ərzində 275 yeni məktəb tikilib. Nəticədə qəzalı vəziyyətdə olan məktəblərin sayı 30% azalaraq 654-ə enib”.
Ednews xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmirullayev 2023-2024-cü tədris ili üçün keçirilən brifinqdə deyib.
Nazir sözlərinə görə yeni tədris ilində rus bölməsində Azərbaycan dili tədrisinin keyfiyyətinə diqqət artırılacaq:
"Dərsliklə bağlı problemimiz yoxdur. Cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb, ümumilikdə 318 dərslik (7,8 milyon nüsxə) çap olunub".