Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunmayıb.
Ednews xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, O.Məmmədovun vəzifədən azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib.