Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqi zamanı diplomatik nümayəndələrə videogörüntülər nümayiş olunub.
Ednews xəbər verir ki, həmin videolarda Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mülki insanlara dronlardan istifadə qaydalarını öyrətməsi, Azərbaycanın mülki və hərbi infrastrukturunu necə hədəf aldıqları göstərilib.
Ayxan Hacızadə bu faktların Azərbaycan ərazisində hücumların qarşısını almaq üçün antiterror əməliyyatlarının vacibliyini bir daha göstərdiyini Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin diqqətinə çatdırıb.