Heydər Əliyevin Azərbaycan səhiyyəsini dirçəltməyi

Cəmiyyət 10:35 24.11.2023

Bir ömür xidmətinizdə...

Ednews Loğman Yunisin “Heydər Əliyevin Azərbaycan səhiyyəsini dirçəltməyi” adlı yazısı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Bilmirəm, hansısa əsərdən oxumuşdum, ya öz sözlərimdir, deyir, xəstə olmaq o zaman gözəldir ki, sənə baxan olsun. Sənə baxan olanda xəstəlik sənin üçün ağrılı və əzabverici yox, xoş duyğular oyadır. Sağlıq hər şeyin başında gəlir. İnsan fiziki olaraq sağlam olmayanda onun ruhu da şikəst olur. Əslində, sağlamlığımızı da dövlət qorumalıdır. Çünki dövlət həm də insanların sağlamlığını təmin etmək üçün var. Necə ki, Azərbaycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunmuşdur. Orada qeyd edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

Bu qanunun qəbul olunması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir Azərbaycanın böyük inkişaf mərhələsinin əsasını təşkil edib. Onun hakimiyyəti illərində iqtisadi dirçəliş baş vermiş, sosial rifah yaxşılığa doğru getmişdir. Təbii ki, ağır sınaqlar, çətinliklər, öhdəsindən gəlməyi müşkül olan məsələlər də var idi. Heydər Əliyev isə ölkənin sağlam təməllər üzərində qurulması üçün əlindən gələni etdi. Bu sağlam təməllərin ən başında isə, təbii ki, səhiyyə dayanırdı. Çünki bütün sahələr gözləyə, təxirə salına bilərdi. Ancaq səhiyyə əsla! Səhiyyə bir ölkənin ən vacib problemi olmalıdır. Çünki ölkə insanının sağlamlığı səhiyyəyə həvalə olunur. Vətən də insandan ibarətdir. İnsansız vətən sadəcə daş yığınıdır. Ona görə də Heydər Əliyev ən birinci səhiyyənin inkişafı üçün qollarını çırmaladı. Bilirdi ki, səhiyyəsiz bir ölkə quru səhradan başqa bir şey deyil.  

Heydər Əliyev ölkədə səhiyyənin hərtərəfli yenilənməsi, dirçəlməsi üçün bütün mümkün tədbirləri həyata keçirmişdi. Vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri gözəçarpacaq dərəcədə hiss olunurdu. Əslində, bu dəyişiklik, yenilənmə Heydər Əliyevin Sovet dövrü rəhbərliyindən başlamışdı. Eks-prezident öz xatirələrində bu haqda danışır: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycanın ən böyük sağalmaz yarası tibb sahəsi idi. Çünki hələ tam ayağa qalxa bilməyən, öz yaralarını sağaltmaq üçün dəridən-qabıqdan çıxan Azərbaycan səhiyyəsini qarşıda gözləyən əjdahanın alovundan xilas edə bilməmişdi. Səhiyyə sistemi, tibb sahəsi böhran yaşayırdı, iflic vəziyyətinə düşmüşdü. Tibb sahəsi sağalmaz xəstəliyə düşmüş insanı xatırladırdı. Onu sağaltmaq, təzədən həyata qaytarmaq lazım idi. Çünki onun “ölümü” bütöv ölkənin kor quyuya düşməsinə gətirib çıxarda bilərdi. Heydər Əliyevin hakimiyyətə gəlməyindən sonra tibb sahəsində nəzərəçarpan dəyişikliklər baş vermişdi. Artıq yaraları bütün bədəninə hakim olmuş tibb çırpınıb özünə gəlmişdi. Sosial islahatlar, ölkənin hər sahəsindəki dəyişikliklər tibdən də yan keçməmişdi. Birdən-birə sanki sehrli çubuq dəymiş və səhiyyənin qarşısındakı odsaçan əjdaha yoxa çıxmışdı. Heydər Əliyevin əsaslı islahatlarından sonra yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşasına başlanılmışdır. Mövcud tibbi müəssisələr yenidən qurulmuş, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrin maddi-texniki bazası  möhkəmləndirilmişdir. Eyni zamanda səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahənin inkişafına təkan vermişdir. Heydər Əliyev səhiyyənin inkişafı üçün qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” qanunları da səhiyyənin yenidən formalaşmasında, necə deyərlər, daha da canlanmasında xüsusi rol oynamışdır. Heydər Əliyevin 1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışında məhz tibbə aid islahatlar mövzusuna toxunmuşdur: “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik. Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xidmətin keyfiyyətini daha da artıracaqdır”.

Əgər söhbət tibdən gedirsə, səhiyyədən gedirsə, deməli, burada Zərifə Əliyeva şəxsiyyətindən danışmamaq olmaz. Zərifə Əliyeva yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor olmuşdur. Tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim geniş təfəkkürü, yüksək intellekti ilə digərlərindən seçilib. Ot kökü üstündə bitər deyiblər. Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub. Onun atası Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilən ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyev idi. Qarşısına qoyduğu məqsədlərə sadiqliyi və elmi tədqiqatlara böyük marağı Zərifə xanımı Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutuna gətirdi və o, 1949-cu ildə bu institutda elmi işçi kimi fəaliyyətə başladı. 1950-1953-cü illərdə aspiranturada təhsil aldıqdan sonra Zərifə Əliyeva 1960-1967-ci illərdə həmin institutda böyük elmi işçi vəzifəsində çalışdı. Milli oftalmologiyanın əsasını qoymuş, 1968-ci ildən görmə orqanının peşəkar patalogiyaları ilə məşğul olmuş və bu istiqamətdə bir çox yeni elmi ideyanın müəllifi kimi bütün dünyada tanınmış Zərifə Əliyeva sonrakı illərdə bu sahədə apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələrinə həsr edilmiş "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmiş, bir il sonra SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır. 1983-cü ildə isə o, elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlərə, onların sosial-iqtisadi əhəmiyyətinə görə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. Tibb elmində "peşə oftalmologiyası"nın əsasını qoymuş Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yenilik gətirmişdir. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə dünya miqyasında böyük şöhrət qazandırmışdır.

Zərifə Əliyevaya Azərbaycan oftalmologiya elminin korifeyi demək olar. O, bu sahənin parlaq səhifələrini yaradıb. İnsanların görmə qabiliyyətinin yaxşılaşması üçün əlindən gələn səyi əsirgəməyib. Zərifə Əliyeva insanların gözlərinə işıq verib. Necə deyərlər, o, insanların gözlərindəki sönən işığı təzədən işıqlandırıb. 

Azərbaycanın tibb tarixi lap qədimlərə gedir. Çünki qədimlərdə insanlar xəstəlikləri müalicə etmək üçün dərman bitkilərindən istifadə edirdilər. Təbabət yeganə çıxış yolu idi. Keçmiş əsrlərdə insanlar Allaha pənah aparır, hansısa bitkinin ümidinə qalırdılar. Çünki dünyada da, eləcə də Azərbaycanda da hələ tibb elmi yaranmamışdı. Lakin Azərbaycanda qədim dövrün həkimləri təkcə dərman bitkilərini ümid yeri hesab etmirdilər. Onlar cərrahiyyə ilə də tanış idilər, insan bədəninin müxtəlif yerlərində şişlərin, sınıqların müalicəsinin primitiv üsulları ilə müəyyən təcrübəyə malik idilər. Məsələn, enolit dövründə arxeoloji qazıntılar nəticəsində Ağdam rayonunun Əfətli kəndi yaxınlığındakı Çalağantəpə yaşayış yerində üzərində trepanasiya izləri olan insan kəlləsi tapılıb. Həmçinin 1971-ci ildə Daşkəsən rayonunun Xaçbulaq kəndində tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə aid, üzərində trepanasiya əməliyyatı da aparılmış kəllə sümüyü aşkar olunmuşdur. Bu tapıntılar o dövrdə trepanasiyanın sınaqdan keçirildiyini təsdiq edir. Yazılı abidələrdən o da məlumdur ki, hələ XII əsrdə müasir Azərbaycan ərazisində, tarixi Şirvanda, Şamaxı şəhərində məşhur həkim və əczaçı Kafiəddin Ömər ibn Osman (məşhur şair Xaqani Şirvaninin dayısı) tərəfindən müalicə üsullarını öyrənən tibb məktəbi fəaliyyət göstərib. Burada təlimlə yanaşı, dərman bitkilərinin müalicəvi xüsusiyyətləri araşdırılıb.

XV–XVI əsrlərdə tibbin inkişafı iki xüsusiyyətlə səciyyələnir; birincisi, tibbin inkişafı, anatomik, fizioloji və gigiyenik istiqamətə daha yaxın olması, ikincisi, bütünlüklə həkim və təbiblərin əlinə keçən ənənəvi təbabətin məhv olması. Bu dövrlərdə Şamaxıda Mirzə Məhəmməd Həsən Şirvani tibb məktəbi təşkil edir. Həmin məktəb Azərbaycan ərazisində Türkmənçay müqaviləsinə qədər mövcud olmuşdur. Sonra isə ruhanilərin tələbi ilə dağıdılmışdır. XIX əsr azərbaycanlı həkimi Mirzə Məmmədqulu Qaibov Qarabağ xanının sarayında həkim işləmiş, məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın baş həkimi olmuşdur. Qayıbov Azərbaycanda cərrahiyyə elminin əsasını qoyub.

1918-ci ildə artıq müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yarananda yeni Respublikanın Səhiyyə Nazirliyi yaradıldı. Bu illər ərzində ölkədə, Bakı, Gəncə kimi şəhərlərdə onlarla yeni apteklər, xəstəxanalar açıldı. Xaricə təhsil almağa göndərilən bir çox Azərbaycan tələbələri də orada, əsasən Almaniya, Sankt-Peterburq, Moskva, Kiyev və digər şəhərlərdə tibb təhsili alırdılar.

1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsi ilə əsası qoyuldu. Burada tibb tarixi də tədris olunurdu. Qısa müddətdə Razumovskinin rəhbərliyi ilə Xüsusi Hazırlıq Komissiyası təşkil edildi. Həmin ilin avqustunda qəbul imtahanları keçirildi. Nəticədə, gələcək həkimlər yetişdirildi. 

Yuhal Harrarinin kitabında da qeyd edildiyi kimi, artıq dünyada tibb eləyə zirvəyə çatıb ki, insanlar yalnız qəzalardan dünyasını dəyişə bilərlər. Yeni dünya insanı ölümsüz edəcək gücdədir. Ancaq təbii ki, bunu tam şəkildə reallaşdırmaq da mümkün deyil. Xəstəlik təbiətin qanunudur. 

Azərbaycanın bugünkü səhiyyəsi artıq həmin yeni dünya tibbindən qidalanır. Artıq yeni tibbin dünyasına daxil olmaqdayıq. Pandemiya dövründə, ondan sonrakı dönəmlərdə Azərbaycan həkimləri, TƏBİB-in fəaliyyəti təqdir olunası vəziyyətdə idi. Bəlkə də, bu səbəbdən biz pandemiyanı vahiməli bir yuxu kimi yaşamadıq. TƏBİB-in, həkimlərin sayəsində pandemiya bizim üçün adiləşdi. Biz ona öyrəşdik və necə davranmaq lazım gəldiyini başa düşdük. TƏBİB tabeliyində olan tibbi xidmətlərin işinin icrasını təşkil edir və nəticədə, yüksək keyfiyyət hiss olunurdu. Bu gün vətəndaşların tibbi sığortasının olması, onlara xəstəxanalarda göstərilən qayğı sevindirici haldır. Təbii ki, bu cür yaxşı təzahürlər dövlətin bu sahəyə olan marağıdır. Artıq dövlət beynəlxalq standartlara cavab verən xəstə-həkim münasibəti yaradıb. İndi biz xəstə olanda sevinirik. Sevinirik ki, bizə baxan var. 

P.S. Yazının hazırlanmasında internet resurslarındakı mənbələrə istinad olunmuşdur.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı