Sumqayıtda bir ay əvvəl silahlı insident zamanı yaralanan Türkiyə vətəndaşı ölüb.
Ednews apa.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Türkiyədəki xəstəxanalardan birinə köçürülən Sərkan Karakaş orada ölüb.
Xatıradaq ki, hadisə oktyabrın 28-də Sumqayıtda baş verib. Silahlı basqında 2 nəfər ölüb, 4 nəfər yaralanmışdı.