Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyevə gənc jurnalistlərin MÜRACİƏTİ

Cəmiyyət 11:05 29.11.2023

Zati-aliləri!

Möhtərəm cənab Prezident! 

Sizin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Zati-aliləri ilə birliktə yaratdığınız təşəbbüsləriniz və səyləriniz sayəsində Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətləri iki qardaş xalqın böyük diplomatik zəfəri oldu. 

İki dövlət arasındakı münasibətlərin yüksək səviyyəsi gözümüzlə gördüyümüz reallıqdır. Azərbaycan ilə Özbəkistan Prezidentlərinin başlatdığı siyasi-ictimai, mədəni-humanitar tədbirlərin nəticəsində xalqlarımız arasında əsrlərdən bəri mövcud olan gözəl dostluq və möhkəm qardaşlıq münasibətləri bütün dünya ictimaiyyətinin gözü qarşısında nümayiş etdirilir. 

Biz, iki ölkə prezidentlərinin bütün sahələrdə qurduqları əlaqələrin, hərtərəfli inkişafı və daha yüksək səviyyəyə qalxması prosesində apardıqları fəaliyyətlərindən çox razıyıq. Bu cür hadisələr bizdə qürur və iftixar hissi yaradır, çünki bu hadisə təkcə iki xalqın deyil, bütün Türk dünyasının böyük qələbəsidir. 

Sizdən xahiş edirik ki, bir neçə ildir Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərən və iki xalqın dostluğu naminə çox böyük layihələr həyata keçirən özbək qardaşımız, jurnalist Salamov Şuhrat Nəsir oğlunun fəaliyyətinə də diqqət yetirəsiniz.

Bir neçə ildir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Shuhrat Barlas” təxəllüsü ilə yaradıcılıqla məşğul olan bu özbək igid oğlanı Özbəkistandakı azərbaycanlı ağsaqqallar öz övladı kimi qəbul edirlər. Azərbaycanda da onu çox yaxşı tanıyır və hörmət edirlər.

Azərbaycan və Özbəkistan tarixi ilə birliktə türk xalqlarının tarixindəki etnik münaqişələr arasında oxşarlıqlar, xüsusilə Azərbaycanda baş vermiş Qarabağ etnik iğtişaşının səbəbləri, o cümlədən etnik terrorizm və separatizmin nəticələrinin tədqiqi haqqında, tarixi həqiqətlərin dünya ictimaiyyətinə işıqlandırılması məsələlərini, iki qardaş xalqın tarixindəki münasibətlərə dair səkkiz cilddən ibarət əsərlər ərsəyə gətirmişdir. 

Biz fəxr edirik ki, Özbəkistanlı qardaşımız Salamov Şuhrat Nəsir oğlu BARLAS yeganə Özbəkistanlı şəxsdir ki, illərlə «AzTV», «İctimai TV», «Lider TV», «Xəzər TV», «CBC TV» və digər informasiya-analitik resurslarda Qarabağ haqqında verilişlərin yaradılmasına birbaşa ekspert-məsləhətçi olaraq köməklik göstərmişdir. Eyni zamanda, yeganə Özbək müəllifdir ki, Qarabağ müharibəsinin mənşəyinin tarixi, etnik münaqişə və müharibənin nəticələri ilə bağlı dünyanın müxtəlif media resurslarından özbək, azərbaycan, türk, rus və ingilis dillərində 1000-dən çox məqalə dərc etdirmişdir. İkinci Qarabağ müharibəsi zamanı o, 44 gün ərzində sosial şəbəkələrdən və dünyanın müxtəlif media resurslarından çox sayda video kontentlər yaradaraq nümayiş etdirib.

Salamov Şuhrat Nəsir oğlu BARLAS tədqiqatçı jurnalist kimi 2014-ci ildən bəri Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edir. 2015-ci ildə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanındakı Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) və Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə birgə yaradılmış «Elmi Tədqiqatlar Proqramı»nda Özbəkistanlı müstəqil tədqiqatçı kimi iştirak etdikdən sonra Azərbaycan və Özbəkistan arasında münasibətlərin tarixi haqqında, dünya media resurslarında dərc olunmuş məqalələri əsasında «Туркестан и Южный Кавказ XIX-XX вв.» kitabı Daşkənddə nəşr edilmişdir.

2016-cı ildə Gürcüstanın Tbilisi şəhərində nəşr olunan «Карабах Война идей - Национализм- Терроризм-Геноцид» adlı əsər üçün Tiflisdəki Suxişvili Universitetində böyük tədbir təşkil edilib və əsəri Gürcüstan xalqına təqdim edildi. 
2017-ci ildə, Daşkənddə Qarabağ həqiqətləri haqqında, «Крах антагонизма и национализма» və özbək dilində «G’oyalar jangi» adlı kitabları işıq üzü görüb.

2018-ci ildə, Qırğızıstanın paytaxtı Bişkekdə «Карабахский конфликт. Истоки-Причины-Последствия» adlı kitabı işıq üzü görüb. Bu əsər Qarabağ müharibəsinin səbəb və nəticələrinə dair Qırğızıstanda nəşr olunan ən yaxşı əsərlərdən biri kimi tanınıb və 2019-cu ildə Qarabağ probleminin işıqlandırılmasında görkəmli jurnalist xidmətlərinə görə Bakıda beynəlxalq «XƏZƏR» mükafatına layiq görülüb.

Azərbaycanla bağlı jurnalist araşdırmaları üçün materiallar hazırlamaq məqsədilə Qarabağın bütün cəbhə bölgələrinə gedən Salamov Şuhrat Nəsir oğlu BARLAS hərbi jurnalistika bacarığını dünya ictimaiyyətinə təqdim etdiyi kitabları, məqalələri, sənədli filmləri və televiziya verilişləri ilə göstərmişdir. Qarabağ həqiqətlərini dünya mediasında işıqlandırdığı üçün, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə «Fəxri doktor» ünvanına layiq görülmüşdür.

2019-cu ildə Bakıda nəşr olunan, əsas mövzusu türk xalqlarının tarixində etnik münaqişələrdən bəhs edən «Дашнаки от Ферганы до Карабаха» adlı kitabı və 2022-ci ildə Daşkənddə nəşr olunan «Зангезур – Ворота Тюркского Мира» kitabı işıq üzü görüb. Bu əsərlər Azərbaycanda böyük rezonans doğurdu.

2021-ci ildə Türk dünyasındaki böyük xidmətlərinə və jurnalist fəaliyyətinə görə Türk Dövlətləri Təşkilatının TÜRKSOY beynəlxalq mükafatına layiq görülüb. 2022-ci ildə Özbəkistanda keçirilən «Oltin qalam» Milli Mükafatı üzrə beynəlxalq müsabiqənin xüsusi nominasiyasında «Özbəkistan-Azərbaycan diplomatik əlaqələrinin işıqlandırılmasında səmərəli fəaliyyətinə görə» mükafatına da layiq görülüb.

Qardaşımız Salamov Şuhrat Nəsir oğlu BARLAS təkcə Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq və dostluğu tərənnüm edən fəaliyyətinə görə dünya ictimaiyyətində tanınan şəxs deyil, həm də Özbəkistan və Türkiyə Respublikası arasındakı münasibətlərə də müsbət təsir göstərmiş beynəlxalq dərəcəli yetkin mütəxəssisdir.

1992-ci ildə Türkiyə Cümhuriyyətinin Universitetlərinə dövlətlərarası proqram üzrə təhsil almağa göndərilən Özbəkistanlı 2500 tələbə arasından yalnız Salamov Şuhrat Nəsir oğlu BARLAS diplom almağa müvəffəq olmuş yeganə Özbəkistan vətəndaşıdır ki, Ankara Universitetində 1 illik Türk dili kurslarını və 4 illik «Dil, Tarix və Coğrafya» fakültəsinin «Dünya Tarixi» bölümünü 2 ildə bitirə bilib, 1994-cü ildə eksternat imtahanlarını vaxtından əvvəl verib diplom alıb.

Türkiyədə tələbəlik illərində Özbəkistan Respublikasının Türkiyədəki səfirliyində səfir köməkçisi vəzifəsində çalışmış və Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Diyarbəkir, Bitlis, Siyrt, Şirnaq və Tunceli şəhərlərində yaşayan tarixi şəxsiyyətlərlə bağlı memarlıq abidələri haqqında məlumatların Özbəkistana çatdırılmasında iştirak edib.

Özbəkistanın milli qəhrəmanı Xorəzmşah Cəlaləddin Mənguberdi məzarının tapılması üçün Türkiyə Xarici İşlər Nazirliyinin himayəsi ilə Özbəkistanla birgə təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir. Bu mövzu, Özbəkistan dövlətçilik tarixinin mahiyyətini dərk etmək və özbək xalqının şüurunda milli qəhrəman Xorəzmşah Cəlaləddin Mənquberdi obrazını bərpa etmək üçün istifadə edilmişdir.

256468b1-e667-4470-8cba-4555bd9134c9.jpg

Qardaşımız Salamav Şuhrat Nəsir oğlu BARLAS jurnalist kimi 2001-ci ildən BMT-nin Əfqanıstanın yenidən qurulması proqramında iştirak edib. 2003-cü ildə, Əfqanıstandakı özbəklər öz ana dilindən rəsmi istifadə hüququnu təmsil edən qanunun Əfqanıstan parlamentində qəbul edilməsi üçün zəruri olan elmi, mədəni və təhsil məsələlərinin işıqlandırılmasında jurnalist yardımı göstərib.

Əfqanıstanda televiziya və radiolarda çalışan gənclərin və Şimali Əfqanıstandakı universitetlərin özbək dili fakültələrindən çoxlu tələbələrin hazırlanmasında iştirak edib. Əfqanıstan Xalq Təhsili Nazirliyinin Özbək dili və ədəbiyyatı şöbəsinin dəstəyi ilə Salamov Şuhratın özbək dilinin ərəb əlifbası ilə yazdığı «Afg’onistonda O’zbek milliy g’oyasi va til ta’limi dasturlari» kitabı nəşr olunub. Bu əsər özbək müəllifinin Əfqanıstandakı özbəklərin həyatından, təhsil sisteminin yaradılmasının çətinliklərindən bəhs edən ilk əsər kimi cəmiyyət tərəfindən tanınır. Kitabda təqdim olunan tezislərdən Əfqanıstanda özbək dili üzrə rəsmi dərsliklərin hazırlanmasında istifadə edilmişdir.

Salamov Şuhrat Nəsir oğlu BARLAS 2000-ci ildə Qaraqalpaqıstanda ilk müstəqil qəzeti yaradıb və baş redaktor kimi Qaraqalpaqstan Mediasının inkişafına da əməli dəstək verib. 2004-cü ildə Özbəkistan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyələşdirdiyi qrant layihəsinə görə Qaraqalpaqıstanda müstəqil jurnalistika inkişafına rəhbərlik etmişdir.

2022-ci ildə Qaraqalpaqıstanda baş vermiş kütləvi iğtişaşlar zamanı azərbaycanlıların və Anadolu türklərinin sosial fikrinə mənfi təsir göstərən materialların kütləvi informasiya vasitələrində yayılmasına qarşı olmak məqsədi ilə vəziyyətə yanlış təsəvvürlərin və çılğın təhlillərin ortaya çıxmasına qarşı iştirak edib. 

Qaraqalpaqstanlı gənclərin kənar şəxslərin təsiri altında olan informasiya hücumları nəticəsində yanlış yola düşməsinin qarşısını almaq üçün ucqar kəndlərə gedərək, bilmədən iğtişaşların iştirakçısına çevrilmiş gənclərin ailələri ilə izahat xarakterli müsahibələr aparıb.

Qardaşımız Salamov Şuhrat Nəsir oğlu BARLAS, Özbəkistan Milli Televiziya və Radio Kompaniyasının “Özbəkistan tarixi” telekanalı ilə sıx əməkdaşlıq edərək, Turk dünyası xalqları arasında dostluğu təmsil edən arxiv sənədlərinin tədqiqi ilə bağlı tədbirlərdə məsləhətçi kimi iştirak edir. Böyük rezonans yaradan video-kontent və televiziya proqramlarını hazırlayıb ictimaiyyətə təqdim edən qardaşımız, uzun illər BMT-nin İqtisadi Sosial Şurasının ən yüksək - Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edir. O, həmçinin 2015-ci ildən beynəlxalq informasiya agentliyi «EURASIA DIARY»-nin Mərkəzi Asiya üzrə xüsusi müxbiri kimi Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi missiyasını yerinə yetirir. Eyni zamanda Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq etməyə davam edir, hələ də yeni araşdırmalar üzərində çalışır.

Özbəkistanda yaşayıb, taleyini və gələcəyini Türk dünyası ilə bağlayan Salamov Şuhrat Nəsir oğlu BARLAS təkcə azərbaycanlılar və özbəklər üçün deyil, dünyanın hər yerində yaşayan türklər üçün də əziz və dəyərli şəxsiyyətdir. Qardaşımızın, uzun illər xidmətlərini nəzərə alaraq, ona layiq olduğunu düşündüyünüz diqqəti, eləcə də dövlət mükafatını verəcəyinizə inanırıq.

Ümid edirik ki, azərbaycanlılar və özbəklərlə birlikdə, bu müraciətimizə dünyadakı bütün Türk dünyasının jurnalistləri qoşulacaqlar.

Azərbaycan Respublikasının gənc jurnalistləri

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı