Naxçıvanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb.
Ednews xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib.
Qeyd olunub ki, ümumi təhsil məktəblərində Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə tabe qurumlar tərəfindən dezinfeksiya işləri görülür.