Minalarla bağlı Beynəlxalq Bakı Forumu keçirilib - YENİLƏNİB - VİDEO - FOTOLAR

Cəmiyyət 11:35 06.12.2023

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilib.

Ednews xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir və Azərbaycan bu siyahıda ilk sıralardadır.

"İlkin məlumatlara görə hazırda ərazilərimizdə 1,5 milyondan çox mina və PHS var. Minalar və partlamamış hərbi sursatlarla ərazilərimizin çirklənməsinə beynəlxalq ictimaiyyətin etinasız yanaşması, minalar səbəbindən bərpa və quruculuq işlərinin gecikməsi, insanlarımızın öz doğma yurdlarına qayıtmasının yubanması yaşamaq hüquqlarının pozulmasına səbəb olur" - deyə o bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deyib ki, bu gün dünya qlobal istiləşməni, ekoloji fəlakətləri, quraqlıq və su resurslarının azalması kimi məsələləri müzakirə edirlər, amma unudurlar ki, insanların ölümünə səbəb olmaqla yanaşı, flora və faunanın məhvinə səbəb olan amillərdən biri də minalardır. Bu mənada beynəlxalq ictimaiyyətin dünyada baş verən hadisələrə münasibəti birqiymətli deyil.

"Azərbaycan qlobal ekologiyanın yaxşılaşmasına töhfə verir, daha təmiz enerji resurslarından istifadə etmək üçün əlindən gələni edir. Yaşıllıq sahələrinin artırılması istiqsmətində müxtəlif tədbirlər həyata keçirilir, yeni meşə zolaqları salınır. Amma ermənilər 54 hekar meşə sahəmizi məhv ediblər, minalarla, partlamamış hərbi sursatlarla ərazilərimizi çirkləndiriblər" - o qeyd edib.

Daha sonra çıxış edən Minatəmizləmə Agentliyinin İdarə heyətinin sədri Vüqar Süleymanov bu günə qədər mina və partlamamış sursatlardan təmizlənmiş ərazilərin sahəsi, zərərsizləşdirilən mina və PHS-lərin sayı barədə məlumat verib. Qeyd edib ki, ərazilərimizin minalardan təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 5 dayanıqlı inkişaf proqramı var. Bu proqramlar gələn ildən həyata keçiriləcək.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə bildirib ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla 60 müraciət hazırlanıb, xarici dillərdə Ombudsman tərəfindən verilmiş açıqlamaların sayı isə 300-dən çoxdur:

"Beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək də bu işə adekvat deyil. Buna görə də beynəlxalq ictimaiyyət hər kəsin yaşamaq, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər".

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı Rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi, "Beynəlxalq Avrasiya Mətbuat" Fondunun sədri Umud Mirzəyev çıxış edib.

***

10:45

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.

Ednews xəbər verir ki, forumda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, QHT-lər və media nümayəndələri iştirak edirlər.

Oğuz


“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı