Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.
Ednews-un məlumatına görə, ötən iki ay ərzində (dekabr və yanvar) 541 azyaşlı bu virusa qarşı peyvənd olunub.
Biləsuvar rayonunda dekabr ayında 19, yanvar ayında isə 7 nəfər bu virusa yoluxub.
Fevral ayında isə hələlik yoluxma qeydə alınmayıb.