Bakının Nərimanov rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Ednews “apa.az”a istinadən xəbər verir ki, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb.
Hadisədə “Ford”, “Toyota Prius” və “KIA” markalı minik avtomobilləri toqquşub.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.