Prezident İlham Əliyevin Rusiya səfərində əsas gözlənti

Analitika 12:23 29.08.2018

İki ölkə arasında münasibətləri yeni mərhələyə keçir; politoloq: “Səfər böyük perspektivlərə yola aça bilər...” 

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi dövlət səfəri edəcək. Bir müddət öncə səfərin avqustun 31-də olacağı barədə məlumat yayılmışdı. Daha sonra xəbər yayıldı ki, ziyarət sentyabrın 1-də reallaşacaq. Hələlik bu barədə rəsmi məlumat açıqlanmayıb.

Rusiyanın Bakıda səlahiyyətlərinin icrasına yeni başlayan səfiri Mixail Boçarnikov ötən həftə keçirdiyi ilk mətbuat konfransında səfərin tarixinin hazırda dəqiqləşdirildiyini bildirib.

Dövlət səfəri protokola görə, iki ölkə arasında ən yüksək səviyyəli səfər hesab edilir. Belə ziyarətlər zamanı prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edir, ölkələr arasında bütün sahələrdə münasibətlər müzakirə olunur və sənədlər paketi imzalanır.

Səfir Boçarnikov onu da deyib ki, Rusiya heç kimi seçim qarşısında qoymağa çalışmır. “Hesab edirəm ki, Rusiya və Azərbaycan suveren, dayanıqlı və sabit dövlətlərdir və onlar beynəlxalq arenada özləri üçün dostlar dairəsini müəyyən etmək iqtidarındadırlar”.

Mixail Boçarnikov ile ilgili görsel sonucu

Mixail Boçarnikov

Bəs Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərindən əsas gözləntilər nədən ibarətdir? Bu səfər iki ölkə arasında münasibətləri yeni mərhələ daşıyacaqmı? Ermənistanın Rusiya ilə münsibətlərində soyuqluq bu səfərdə Rusiyanın Qarabağ probleminə yeni münasibət ortaya qoymasına səbəb ola bilərmi? Nəhayət, Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına daxil olması kimi məsələlər gündəmə gələ bilərmi?

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın qlobal geosiyasətdə, eləcədə bölgədə əhəmiyyəti durmadan artır: “Rusiyaya səfər də bunun göstəricisidir. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycanın prezidenti Fransaya, Brüsselə səfərlər etdi, İtaliyanın prezidenti Azərbaycana səfərə gəldi, ən son olaraq Almaniya kansleri Azərbaycana gəldi. Rusiya da Azərbaycanın rolunu qiymətləndirir və Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərinə də bu prizmadan baxmaq lazımdır. İlham Əliyevin Rusiyaya səfəri həm Azərbaycanın, həm də Rusiyanın marağındadır. Moskva fərqindədir ki, Azərbaycan bölgənin, Avrasiyanın açar dövlətlərindən biridir. Moskva Azərbaycanla bağlı çox böyük ümidləri özündə daşıyır. Hazırkı vəziyyətdə Rusiyanın Azərbaycanla münasibətləri bütün göstəricilərə görə perspektivli və ümidvericidir. Bu baxımdan hesab edirəm ki, cənab prezidentin Rusiyaya səfərindən önəmli gözləntilər var. Azərbaycan öz imkanları hesabına ayaq üstə duran, müstəqil xarici siyasət yürüdən dövlətdir. Moskva artıq bunu qəbul edir, Azərbaycanın bu xətti tutması ilə artıq barışıb. Ona görə də düşünmürəm ki, danışıqlarda Azərbaycanın KTMT-yə və ya Avrasiya İttifaqına qoşulması məsələsi ciddi şəkildə gündəmə gətiriləcək. Kremldə məhz Azərbaycanı özlərinin ən əlverişli müttəfiqi kimi görürlər. Bu müttəfiqliyi sözügedən qurumlarda birlikdə olmadan da ikitərəfli həyata keçirməyin mümkün olduğu qənaətindədirlər. Son zamanlar Ermənistanın Rusiyadan bir qədər uzaqlaşmaq xətti götürməsi də şimal qonşumuzun bizə yaxınlaşması üçün əlavə təkan rolunu oynaya bilər. İstisna deyil ki, Rusiya-Azərbaycan münasibətlərində yeni xətt qəbul edilsin. Bu xətt daha sıx tərəfdaşlıq xətti ola bilər. İlham Əliyevin səfəri böyük perspektivlərə yola aça bilər. Artıq Xəzər məsələsindən göründüyü kimi, çox mühüm məsələlərdə ümumi bir konsensus əldə etmək mümkündür”.

Politoloq hesab edir ki, Azərbaycanın bir nömrəli məsələsi olan Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün də müəyyən ümidverici durumun meydana gəlməsi istisna edilmir: “Şübhə etmirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin prezidenti ilə Azərbaycan prezidenti arasında görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək. Qarabağ məsələsi şübhəsiz ki, danışıqlarda başlıca məsələlərdən olacaq. Prosesin axarı artıq Azərbaycanın xeyrinə gedir və Ermənistan Qarabağ məsələsində Rusiyanın nəzərində zəif bəndə çevrilir. Ona görə də düşünürəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar problemin yaxın gələcəkdə ədalətli həllini tapmasına ciddi təsir göstərə bilər”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı